Anarla Elza söz davasına çıxdı - verilişdə gərgin anlar+video

OXUNUB: 901 ŞOU-BİZNES
Əməkdar artist Elza Seyidcahan küsülü olduğu stilist Anar Ağakişiyevlə eyni verilişdə olub. 

"Hər şey daxil”in qonağı olan tanınmışlar bir-birləri ilə danışmayıblar. E.Seyidcahan Anardan küsülü olmadığını desə də, onunla kəlmə belə kəsməyib: 

"Mənim geyimlərimi müzakirə etməyə artıq ehtiyac yoxdur. Bir neçə sənətkar var ki, onların geyimləri müzakirə edilmir, təkrarlanır. Mən küsülü olsaydım, bu verilişə gəlməzdim”. 

A.Ağakişiyev isə azərbaycanlı şou-biznes nümayəndələrinin düz sözü eşitmək istəməməsindən gileylənib:
 
"Bu yalnız bizim şou-biznesdədir ki, kiminləsə dostsansa, onun xətrinə dəyməməlisən, haqqında söz deməməlisən. Heç kimin mahnısını müzakirə etmirəm. Sadəcə, geyimindən danışıram. Dünyanın dəb kriteriyalarında nə tələb olunursa, onu da deyirəm”. 

Verilişin sonuna yaxın isə Elza ilə Anarın sözü çəp gəlib. Belə ki, stilist üstüörtülü şəkildə E.Seyidcahanın imicinə söz atıb. 

Elzanın cavabı isə özünü gecikdirməyib: 

"Müğənnilər üçün sərhəd yoxdur. Cinsinə, geninə və tərbiyəsinə xələl gətirməyən müğənnilər elə ən zövqlü müğənnilərdir. Allah bizi necə yaradıbsa eləyik, şəxsiyyətimizlə dəb yaratmırıq”. 

Anar isə "Mən ailə tərbiyəsi, efir tərbiyəsi almış insanam. Aqressiya göstərmirəm. Adam gərək öz gözündəki tiri görsün, sonra başqasında çöp axtarsın” deyib. /axsam.az



 
İcmal.Az
 

RƏYLƏR