Anası öldü, qonşularını söydü

OXUNUB: 418 ŞOU-BİZNES
Aparıcı-aktyor Cem Özerin 90 yaşlı anası vəfat edib. 

 
İcmal.Az "Milliyet”ə istinadən məlumat verir ki, aktyorun qonşuları bu barədə bir neçə açıqlama verib:

"Cem anası ilə heç maraqlanmır, zəng etmir. Qadının yanında yalnız it və pişiklər var. Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildi. Bu gün də evində ölü halda tapılıb. Dəfələrlə oğluna zəng etdik, amma cavab vermədi”.
Bu iddialardan sonra Cem də səssiz qalmayıb və İnstaqram hesabında bu söləri yazıb:

"Hər gecə eyni vaxtda pəncərəsinə qonan quş bir gün gəlməyəndə narahat olan, bağına gələn küçə itini evində saxlayan adam sizcə nə edər? Heç olmasa əvvəlcə başsağlığı verərdiniz. Amma hücum etmək, kin qusmaq, təhqir etmək daha rahatdır, hə? İkiüzlü qonşular. Başqa heç bir açıqlamam olmayacaq. Bunu da etməyəcəkdim, amma məcbur qaldım”.
 
İcmal.Az

RƏYLƏR