Anası tərəfindən zəncirdə saxlanılan oğlan müalicə olunacaq – VİDEO

OXUNUB: 679 SOSİAL

Telejurnalist Xoşqədəm Baxşəliyeva anası tərəfindən zəncirdə saxlanılan İbadətin xəstəxanaya yerləşdirilməsi üçün psixoloq Elnur Rüstəmov, həkim və Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə yenidən onu ziyarət edib.

İcmal.Az xəbər verir ki, bu barədə "Xəzər” televiziyasında X.Baxşəliyevanın təqdimatında yayımlanan "Səni axtarıram” proqramında süjet nümayiş olunub.

Ana əvvəlcə oğlunun xəstəxanaya aparılmasına qəti şəkildə etiraz edib. "Mən övladımı heç kimə vermirəm. Dəfələrlə evdən gedib, itib, axtarıb-tapmışıq”, - deyə ana bildirib.

Sonda ananı oğlunun xəstəxanada müalicə olunması üçün razı salmaq mümkün olub.

 
İcmal.Az

RƏYLƏR