Anasını öldürüb, boğazını kəsən oğlunun ifadəsi QAN DONDURDU - FOTO

OXUNUB: 811 DÜNYA

Türkiyənin Kayseri ərazisində oğul ona "İş tap, işlə" deyən 72 yaşlı anasını 40 yerindən bıçaqlayıb öldürdükdən sonra, boğazını kəsib. 

İcmal.Az haberler-ə istinadən xəbər verir ki, istintaq işi yekunlaşan qatil övlad ifadəsi zamanı "Dünyada iki-üç nəfərdən biriyəm, vəziyyət ağırdır. Məni təxliyə edin" deyib.

2017-ci ilin 4 oktyabr tarixində baş verən qanlı hadisə zamanı anasını qətlə yetirən 41 yaşlı H.G.-nın əvvəllər psixoloji müalicə aldığı məlum olub.

 

Məhkəmə qarşısına çıxarılan H.G. hakimin "Ananı niyə öldürdün?" sualına "Yoldaş hakim, başqası olsa deyərdi, amma mən açıqlamaq istəmirəm. Anam atımı çox sevdiyim üçün məni qısqanırdı, bəzi yanlış hərəkətlərini gördüm, öldürdüm" deyərək, soyuqqanlı cavabı ilə hər kəsi məəttəl qoyub.

Milli.Az

İcmal.Az

RƏYLƏR