Anasının dişləri üçün həbsə düşən qadın: "Uşaqlarım dedi ki, bəlkə buradan qaçasan?" - VİDEO

OXUNUB: 815 HADİSƏ

ARB TV-nin "Rezonans" verilişi bu dəfə 7 il azadlıqdan məhrum olmuş Pərvanə Qurbanovanın həyat hekayəsini təqdim edir.

Pərvanə Qurbanova (cəzası 7 il): "Məni cinayətə sövq edən anamın dişləri oldu. Onun dişlərini düzəltmək istəyirdim. İrana gedib-gəlirdim. Ticarətlə məşğul olurdum. Ora gedəndə rəfiqəmin dostu mənə ünvan verdi. Onun dostu ilə görüşdüm, dedi ki, bu bağlamanı sərhəddən keçirt. 300 manat pul verəcəyini bildirdi. İranın sərhədini keçdim, öz sərhədimizdə dayandım. Polislərə narkotik bağlamasını tanımadığım şəxsə verəcəyimi dedim.

Onlar da mənimlə gəldilər. İkimizi də tutdular. Ondan niyə belə etdiyini soruşdum. İçindəkinin nə olduğunu bilmirdim. Mənə demişdilər ki, dərmandır. Balalarımdan ayrı qaldım, 3 uşağım var, tək anam. Anam süpürgəçi işləyir, pensiya alır. Uşaqlarım xəstəxanada olduğumu düşünürdülər. Deməmişdim həbsxanada olduğumu. Uşaqlarım üçün çox darıxıram. Televizora baxmıram ki, bayırdakı həyat üçün lap çox darıxmayım. Buradan çıxan kimi əziyyət çəkib pul qazanacam, anamın dişlərini düzəltdirəcəm. Bir də belə səhv etmərəm. Uşaqlarım mənə dedi ki, bəlkə buradan qaçasan? O biri uşağım dedi ki, anamız böyükdür, pəncərə balaca. Necə çıxsın buradan?!"

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Anasının dişləri üçün həbsə düşən qadın:

RƏYLƏR