Anasının qonşu kişi ilə danışığını eşidən 22 yaşlı gənc XƏYANƏTİ ÖYRƏNDİ

OXUNUB: 1050 DÜNYA

Türkiyənin Kahramanmaraş rayonunda 22 yaşlı gənc qonşusunu öncə döyüb, ardınca ov tüfəngi ilə güllələyib.
 
İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, Ali S. (22), anası Habibe S. ilə münasibətdə olduğunu düşündüyü qonşusu Hacı Gökü (54) öldürüb.

MOBİL TELEFONULA DANIŞARKƏN EŞİTDİ 

Qanlı olay dünən axşam saatlarında Alembey Məhəlləsində baş verib. Ali S. evdə anası Habibe S.-in qonşuları Hacı Gök ilə mobil telefonla danışdığını eşidib, eşq yaşadıqlarından şübhələnib.

 

Ali S.-in vəziyyəti atası Mehmet S.-ə deməyindən sonra evdə mübahisə baş verib. Bu məqamda evə Hacı Gök gəlib. Ali S. Gökü öncə döyüb, sonra ov tüfəngi ilə 3 dəfə atəş açaraq öldürüb.

Ali S. hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.

İcmal.Az

RƏYLƏR