Ancelina Coli İraqda miqrant sığınacağına baş çəkdi - VİDEO

OXUNUB: 648 DÜNYA

BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı İdarəsinin xüsusi elçisi Ancelina Coli İraqda suriyalı qaçqınların yaşadığı sığınacağa baş çəkib. 

İcmal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, məşhur aktrisanı beş uşağını tək böyüdən suriyalı qadının hekayəsi təsirləndirib. 

Roniya adlı miqrant müharibə başladıqdan dərhal sonra ölkəsini tərk edib. Artıq altı ildir ki, o, beş qızı ilə miqrant sığınacaqlarında yaşayır.

"Mənim ərim talassemiyadan əziyyət çəkirdi. O vəfat edib”, - qadın bildirib. 

İcmal.Az

RƏYLƏR