Andiçmədən sonra xanımını güllələdilər

OXUNUB: 812 DÜNYA

Lesotonun yeni baş naziri Tom Tabanenin andiçmə mərasimindən bir neçə saat sonra xanımı güllələnib.

Bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, 58 yaşlı  Lipolelo Tabane rəfiqəsi ilə şəhər kənarından qayıdarkən naməlum şəxs tərəfindən güllələnib. O, hadisə yerində dünyasını dəyişib. Rəfiqəsi isə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə motivlər hələlik məlum deyil, araşdırma gedir.

Qeyd edək ki, baş nazir Tom Tabane və xanımı 2012-cü ildən ayrı yaşayırdılar./qafqazinfo

İcmal.Az

 



RƏYLƏR