Ankara meydanında Azərbaycan bayraqları - FOTO

OXUNUB: 613 DÜNYA

İraq Kürdüstanında müstəqilliklə bağlı referendumun keçirilməsi Türkiyədə böyük etiraza səbəb olub. 

Prezident Rəcəb Tayyib Ərdoğanın Ankara meydanında çıxışı zamanı Türkiyənin müxtəlif ərazilərindən toplaşan aksiyaçıların əllərində Azərbaycan və Güney Azərbaycan bayraqları da dalğalanıb.

Türkiyə höküməti İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsini bağlayıb.

Qeyd edək ki, seçkidə iştirak etmək üçün 5,2 milyon nəfər qeydiyyata alınıb. Seçkilər təyin olunan vaxtdan bir saat əvvəl yekunlaşıb. Son məlumatlara əsasən, 227 min 858 seçki bülleteni sayılıb. 

Bu saata olan nəticələrə görə, kürd seçicilərin 93.7 faizi referenduma "Hə" deyib. /milli

Ankara meydanında Azərbaycan bayraqları - FOTO

Ankara meydanında Azərbaycan bayraqları - FOTO

 Ankara meydanında Azərbaycan bayraqları - FOTO

İcmal.Az

RƏYLƏR