Ankara Rusiya ilə ticarətdə yeni məhdudiyyətlər barədə məlumatları təkzib edib

OXUNUB: 686 DÜNYA

Türkiyə Rusiyanın bəzi məhsullarına məhdudiyyət tətbiq olunduğu barədə məlumatları təkzib edib.

Türkiyənin İqtisadiyyat Nazirliyindən bildirilib ki, Ankara Rusiya ilə ticarətdə məhdudiyyətlərin aradan qaldırılmasına dair sazişə riayət edir.  

"KİV-in məhdudiyyətlər barədə məlumatı əsassızdır”, - Türkiyənin İqtisadiyyat Nazirliyindən bildiriblər.

Qeyd edək ki, mayın 24-də Türkiyənin Rusiya buğdasının idxalına, həmçinin rüsumsuz günəbaxan yağının tədarükünə yeni məhdudiyyətlər qoyduğu barədə məlumat yayılmışdı./oxu

 

İcmal.Az

RƏYLƏR