Ankara və Moskva hərbi əlaqələri genişləndirir

OXUNUB: 718 DÜNYA

Rusiya və Türkiyə 2020-ci ildə C-400 "Triumf” zenit raket sistemlərinin ikinci bölmə dəstinin təchizatı ilə bağlı müqavilə bağlamağı planlaşdırır.

Bu barədə TASS hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.

"İlk bölmənin təchizatının 2020-ci ilin may-iyun aylarında başa çatmasından sonra Türkiyəyə 2021-ci ildə S-400 komplekslərinin sayca ikinci bölmə dəstinin təchizatı haqqında yeni müqavilənin imzalanması planlaşdırılır.

Təchizat nomenklaturu birinci müqavilədəkinə uyğun olacaq”, – deyə mənbə bildirib.  

Mənbənin sözlərinə görə, yeni sənəddə istehsalatın qismən lokallaşdırılması ilə bağlı müddəa olacaq. Türkiyə şirkətləri Rusiya lisenziyası əsasında S-400 sistemlərinin o qədər də yüksək əhəmiyyəti olmayan hissələrini istehsal edəcək.

Xatırladaq ki, bundan əvvəl dekabr ayında "Rostex”in rəhbəri Sergey Çemezov "Kommersant”a verdiyi açıqlamada Türkiyənin dörd  S-400 bölməsi alacağını bildirmişdi. Müqavilənin məbləği 2.5 milyard dollardır. Təchizatın 2019-cu ildən başlayacağı planlaşdırılır./oxu

İcmal.Az

RƏYLƏR