Çantalarını öz əlləri ilə soyğunçuya verdilər – Video

OXUNUB: 508 DÜNYA

Braziliyada təhlükəsizlik kamerasına əks olunan oğurluq hadisəsi görənləri heyrətə gətirib.

Avtomobil ilə yanlarına gələn oğurunu görən qadınlar çantalarını öz əlləri ilə soyğunçuya təslim ediblər.

Moderator.az xəbər verir ki, görüntülərdə yolda gedən qadınlara yanaşan oğru silah göstərərək çantaları istəyib.

Silah təhdidi qarşısında nə edəcəyini bilməyən qadınlar öz əlləri ilə çantalarını silahlı adamın maşınına atıblar. O anlar təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb./moderator.az

İcmal.Az

 

 

RƏYLƏR