APREL DÖYÜŞLƏRİ: ZƏFƏRƏ APARAN YOL

OXUNUB: 325 SOSİAL
Aprelin 11-də kitabxananın oxu zalında Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa təşkil edildi.
 
Məktəbin tarix müəllimi Hümmətov Nurəddin şagirdlərə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, mənbəyi haqqında məlumat verdi. Daha sonra isə tarix müəllimləri Mehdiyeva Mehriban və Əliyeva İlahə 9a sinif şagirdlərinin suallarını cavablandırdılar. Tədbirdə çıxış edən məktəbin hərbi rəhbəri kapitan Azər Verdiyev Aprel döyüşlərindən, Tovuz döyüşlərindən, iyul döyüşlərindən, iştirakçısı olduğu 44 Günlük Zəfər Savaşından danışdı. Tədbir iştirakçıları qəhrəman döyüşçünün xatirələrini böyük maraqla dinlədilər. Tədbirin yekununda 9a sinfinin rəhbəri Nağılı Cavid çıxış edərək bildirdi ki, şagirdləri ilə birlikdə II Fəxri xiyabanda olublar, şəhidlərin məzarlarını ziyarət ediblər. Hər kəs böyük qələbəyə aparan Aprel döyüşlərində və azadlığımız uğrunda şəhid olan bütün şəhidlərimizi böyük ehtiramla yad edir. Sonda məktəbin direktoru Hüseynova Könül maraqlı tədbir üçün müəllimlərə və şagirdlərə öz təşəkkürünü bildirdi.
Нет описания.
Нет описания.
 
İcmal.Az

RƏYLƏR