Aprel Döyüşləri – Şanlı Qələbəmizdir!

OXUNUB: 918 QHT

Azərbaycan Maarifçi Gənclər Təşkilatı oktyabr ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel Döyüşləri – Şanlı Qələbəmizdir” adlı layihə həyata keçirir. Layihə çəşçivəsində 30 dəqiqəlik sənədli film lentə alınıb. Sənədli film aprel döyüşlərində həlak olmuş Pəncəli Teymurov, Rəvan Murayev və Ülvin Məmmədov olmaqla 3 şəhidimizdən bəhs edir. Sənədli film 6 saylı məktəb-liseyin şagirdlrinə nümyiş etdirilərək aprel şəhidlərimzin tanınması istıqamətində gənclər arasında maarifləndirmə işi aparılıb.

Layihənin yekunu tədbiri ilk siniflrini 6 saylı məktəb-liseydə oxumuş Mahir Qədirovun ad günü olduğu üçün 21 lekabr 2017-ci ildə həyata keçirildi. Tədbir Park Bulvar AVM-in Tusi Planetarium zalında baş tutdu. Tədbirdə Şəhid Mahir Quliyevin valideynləri və digər şəhid valideynlıri iştirak ediblər. 6 saylı məktəb-liseyin müəllim və şagird heyəti Mahir Qədirovun və bütün şəhidlərin xatirısini 1 dəqiqəlik sükutla yad etdilər və onun barəsində hazırlanmış videoçarxa baxdılar. Daha sonra isə layihə çərçivəsində lentə alınmış "Aprel Döyüşləri –Şanlı Qələbəmizdir” adlı sənədli filmin nümayişi oldu.

Layihəin rəhbəri Ruhiyyə Aslanova sonda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna layihənin maliyyə dəstəyinə , 6 saylı-məktəb lisseyin kollektivinə layihəyə göstərdiyi marağa , Park Bulvar AVM-in Tusi Bohm Planetrium zalınagörə təşəkkürünü və bütün tədbir iştirakçları adından Mahir Qədirovun valideynlri qarşısında belə igid oğul yetişdirdikləri üçün baş əydiyini bildirdi. Bundan əlavə bütün şəhidlərimiz barədə belə maarifləndirici filmlərin çəkilməsinin vacibliyini vurğuladı.

RƏYLƏR