Aqil Ələsgər sərbəst buraxılıb

OXUNUB: 589 SOSİAL

İyulun 30-u axşam saatlarında saxlanılan jurnalist sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qala qəsəbəsi ərazisində taksidə olarkən saxlanılan "YeniÇag” saytının rəhbəri Aqil Ələsgər artıq evindədir. 

Bu barədə onun yaxını Toğrul Allahverdili sosial şəbəkədə məlumat paylaşıb və A.Ələsgərin uşaqları ilə birgə evinə gələndən sonra çəkdirdiyi fotonu yayımlayıb. O, bu gün səhər səaatlarında buraxılıb.

A.Ələsəgərin saxlanma səbəbi bəlli deyil.
 
İcmal.Az

RƏYLƏR