AQTA sədrindən məsləhət: “Qoyun quyruğu yeyin”

OXUNUB: 27 İQTİSADİYYAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun yeni "Süfrə” dərgisinə müsahibəsində şəxsi qidalanma prinsiplərindən bəhs edib. O, müsahibəsində sağlam qidalanma ilə bağlı maraqlı açıqlamalar verib.

7News.Az xəbər verir ki, Q.Təhməzli arıq insanların sağlam olması barədə fikirlərin yanlış olduğunu bildirib: "İnsan normal çəkisində olmalıdır. Gənc xanımlar arıqlamaq üçün bütün günü meyvə yeyirlər. Soruşanda da deyirlər ki, diyetoloq məsləhət görüb. O dəqiqə bilinir ki, həmin "diyetoloqlar”ın təbabətdən xəbəri yoxdur. Meyvədə də fruktoza var. Ona görə də qədərində istifadə olunması tövsiyə olunur”.

Agentlik sədri şəxsi qidalanmasında nələrdən imtina etdiyini açıqlayıb: "Təbii qidalanmaya üstünlük verirəm. Rəngli, qazlı, şirin sulardan istifadə etmirəm. Şəkər, demək olar ki, rasionumda yoxdur. Tövsiyə edirəm ki, əhalimiz sağlam qoyun, quzu ətindən istifadə etsin. Son illər çox yanlış bir mif formalaşıb ki, qoyun əti ziyanlıdır. Əksinə, qoyun ətinin iç yağı, quyruğu orqanizm üçün çox faydalıdır. Quyruq yağından çox istifadə etmək lazımdır. Quyruq yağı damarların keçiriciliyinin artırılmasına səbəb olur… ”
 
 
 
 
İcmal.Az

RƏYLƏR