Araz Ağalarov pişiyi ilə səhər yeməyi yedi – VİDEO

OXUNUB: 1038 SOSİAL

Azərbaycanlı milyarder Araz Ağalarovun sosial şəbəkədə paylaşdığı video qısa müddət ərzində minlərlə izləyici tərəfindən baxılıb.

İcmal.Az BAKU.WS-ə istinadla xəbər verir ki, səhər yeməyi yeyən A.Ağalarov masada pişiyi üçün yer ayıraraq boşqaba süd əlavə edib. Daha sonra isə birlikdə səhər yeməyinə davam ediblər. 

Məlumat üçün bildirək ki, Araz Ağalarov 50-dən çox elmi işin, "Rossiya na puti k rınku” monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının üzvüdür. 2012-ci ildə "Forbes” jurnalının Rusiyanın "daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutub. Onun rəhbərlik etdiyi "Crocus” şirkətinindaşınmaz əmlak icarəsindən gəlirləri 2011-ci ildə 700 milyon dollar təşkil edib.


İcmal.Az

RƏYLƏR