"Araz", "Bolmart" və "Bazar store"da yoxlama: Cərimələnənlər var

OXUNUB: 1044 index-manşet İQTİSADİYYAT
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.    

7News.Az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində "Araz”, Mircəlal küçəsində "Bolmart” və "Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə, 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.
 
 

RƏYLƏR