'Araz' marketdən yumurta aldı, şok yaşadı: '2 MİLYONLUQ SAAT HALALIN OLSUN, QAQAŞ' - FOTOFAKT

OXUNUB: 107 GÜNDƏM Özəl index-manşet HADİSƏ İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, dünən paytaxt Bakıda fəaliyyət göstərən 'Araz' supermarketlərinin birində maraqlı olay yaşanıb. Belə ki, vətəndaş marketdən çiy yumurta alıb, evə gətirəndə isə fərqli mənzərə ilə qarşılaşıb. Məsələ burasındadır ki, yumurtanı qırandan sonra bişmiş halda olduğu üzə çıxıb. Hadisə şahidi sözügedən olayla bağlı sosial şəbəkədə paylaşıb edib, geniş müzakirəyə yol açıb. Statusu olduğu kimi təqdim edirik: 'Tək ALLAHA and olsun, Quran haqqı, Peyğəmbər haqqı, İmamlar haqqı, Seyid Lazım Ağanın, Seyid Füğəranın, Mir mövsüm Ağanın cəddi haqqı, Məkkə haqqı, Mədinə haqqı-bütün müqəddəslərə and olsun ötən axşam Araz marketdən almışam və biri qaynanmış halda çıxdı...
Bu ölkədə heç nəyə təəccüblənmirəm day...
Yalan deyirəmsə, əzizlərim qırılsın, heç sabaha çıxmayım...Qaqaş, o 2 milyonluq saat halal halal xoşun olsun!!!'
 
 
 

7NEWS.az

RƏYLƏR