""Araz" supermarketdə hər zaman keyfiyyətsiz malların endirimdə olur" - Müştəri narazılığı - FOTOLAR

OXUNUB: 955 index-manşet İQTİSADİYYAT
"Guya "Araz" supermarketlər şəbəkəsində hər zaman keyfiyyətsiz malların endirimdə olması fikri tamamilə yanlış və qərəzlidir. "Araz" marketlər müştərisinə münasib və əlverişli qiymətlərlə yerli istehsalçıların, həmçinin tanınmış brendlərin idxal məhsullarını təklif edir".
 
Bu sözləri Mediapress.az-a "Araz" supermarketlər şəbəkəsinin sözcüsü Billur xanım bildirib:
 
"Bildiyiniz kimi avqustun 7-dən  9- na qədər "Araz" marketlərdə qarpız festivalı keçirilir. Məlumat üçün bildirim ki, təkcə bu gün  təxminən 200 ton qarpız tədarük olunub. Müştərilərimizə təklif olunan qarpız Sabirabad rayonunun bostan sahələrində yetişdirilmiş 100 faiz yerli məhsuldur. Əgər bir və ya bir neçə qarpızda problem yaranıbsa, bu, marketlərimizdə satılan qarpızların keyfiyyət göstəricisi ola bilməz. Onu da əlavə edim ki, əgər qarpızda hər hansısa problem yaranırsa müştəri mağazaya yaxınlaşıb qaytara və ya dəyişdirə bilər"
 
*****
 
"Araz" supermarketindən narazı qalan alıcıların sayı günbəgün artmaqdadır.
 
Mediapress.az xəbər verir ki, bu dəfə daha bir müştəri - L.Mehralı aldığı məhsul haqda narazılığını bildirib.
 
"Guya endirimdədir. Ağappaq, su dadır, qalınqabıq, tumsuz. Dərhal bilinir ki, keyfiyyətsizlik ucbatından endirimə qoyublar. Mən birini aldım, amma camaat beş-altısını alıb aparırdı. Bu, insanları aldatmaqdır! "Araz"supermarketdə hər zaman keyfiyyətsiz mallar endirimdə olur!"

 

 

RƏYLƏR