ARB TV-də növbəti biabırçılıq: MİLLİ DİRÇƏLİŞ GÜNÜNDƏ XALQI ERMƏNİ MAHNISI İLƏ “TƏBRİK ETDİLƏR” - VİDEOFAKT

OXUNUB: 1924 Özəl Seçilmiş Önəmli HADİSƏ

İCMAL.az NEWS 24 səhifəsində gedən məlumata istinadən xəbər verir ki, 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə ARB TV xalqımızı növbəti dəfə erməni musiqisi ilə təbrik etdi. Məsələ burasındadır ki, ARB TV bundan öncə də efirə erməni mahnısı təqdim etmişdi. Bu dəfə isə xalq üçün belə bir həssas dönəmdə efirə erməni musiqisini milliləşdirmiş formada təqdim etmək yumşaq desən özbaşınalıq və hörmətsizlikdir.

Səhifədə bundan sonra başqa bir tarixi məlumat qeyd olunur. Məlumatı olduğu kimi təqdim edirik: "1988-ci ilin ilk günlərindən başlayaraq ermənilər Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.”

İCMAL.az




 

RƏYLƏR