Arif Qaraşova məxsus “Landau School”da mühafizəçi şagirdin anasına qarşı tərbiyəsizlik edib və atasını döyüb – İDDİA (VİDEO)

OXUNUB: 716 Önəmli HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Samir Feyruzov iddia irəli sürüb.

Məsələ belə olub. Ana öz övladını məktəbdən götürməyə gəlib. Amma şəxsiyyət vəsiqəsi üstündə olmayıb. Bu zaman mühafizəçi qadınla zarafat etməyə, ona söz atmağa başlayıb. Tərbiyəsizlik edib. Qadın mühafizəçiyə sərt cavab verib və öz övladını məktəbin həyətindəki turniketin altından keçirərək aparıb. Mühafizəçi qadının bu hərəkətindən qıcıqlanıb və başlayıb qadına qarşı "qanuni" tələblər səsləndirməyə.

Qadın mühafizəçinin tərbiyəsiz hərəkətləri barədə öz həyat yoldaşına məlumat verib. Həyat yoldaşı məktəbə gəlib və haqlı olaraq mühahizəçidən hesab sormağa çalışıb. Nəticədə mühafizəçi qadının ərini də döyüb.

Bəli, məktəbdən öz övladını götürmək istəyən valideynin şəxsiyyət vəsiqəsini təqdim etməsi təhlükəsizlik baxımından şərtdir. Ancaq bundan istifadə edən mühafizəçinin tərbiyəsiz hərəkətlərinə qətiyyən göz yummaq olmaz.

Bu adam təkcə qanun qarşısında məsuliyyət daşımamalıdır.

Məktəb mühafizəçini müdafiə edir. Səbəbləri bəllidir. Bir ailəyə qarşı edilən hücumu ört-basdır etmək üçün çalışırlar. Ola bilsin ki, rəsmi açıqlama başqa şəkildə olsun. Amma məsələ bu cür olub.

Valideynə qarşı əxlaqsızlıq hərəkətlər edən belə mənəviyyatsızlara qarşı böyük ictimai qınaq olmalıdır.

Qeyd: Valideynlə mühafizəçi arasında davanın baş verdiyi "Landau School” özəl məktəbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri, böyük korrupsiya oyunlarının mahir dirijoru, illərlə dövlət büdcəsini çapıb talayan Arif Qaraşova məxsusdur.

7NEWS.az

RƏYLƏR