“Arsenal” 10 ildən çox klubda çıxış edən futbolçusunu satdı – FOTO

OXUNUB: 850 İDMAN

"Arsenal” fransalı futbolçusu Fransis Kokleni İspaniyanın "Valensia” klubuna satıb.

Transfer 14 milyon avroya reallaşıb.

26 yaşlı dayaq yarımmüdafiəçisi 10,5 il idi ki, "Arsenal”da çıxış edirdi. Koklen 2008-ci ildə Fransanın "Lavaluva” klubundan "Arsenal”a gəlmiş və peşəkar karyerasına da bu komandada başlamışdı.

"Arsenal”ın əsas komandasında 160 oyun keçirmiş Koklen "topçular”ın digər oyunçusu Aleksandr Lakazetlə birgə Fransanın U-19 millisi ilə Avropa çempionu olmağı bacarıb. Koklen 2009-cu ildə "Arsenal”ın gənclər komandası ilə kubok sevinci yaşayıb.

Koklen yeni komandasında 17 nömrəli formanı geyinəcək. O, "Valensia”dan təklif alarkən bu klubda çıxış edən "Arsenal”ın sabiq müdafiəçisi Qabriel Paulista, "yarasalar”ın sabiq üzvü Şkodran Mustafi, eləcə də, "topçular”ın ispaniyalı oyunçuları – Ektor Belyerin, Naço Monreal və Santi Kasorla ilə danışdığını bildirib:

"Kasorla mənə dedi ki, "Valensia” əla klubdur, baş məşqçi Marselino gözəl insan və yaxşı məşqçidir. Mən Kasorlanın sözlərinə çox inanıram. Onun sözləri mənim "Valensia” ilə müqavilə bağlamağa qərar verməyimdə müsbət nöqtə oldu”./oxu

İcmal.Az

RƏYLƏR