"Arsenal" azarkeşləri Moskvada taksi sürücüsünün zorakılığının qurbanı olub

OXUNUB: 770 İDMAN

Avropa Liqasının 1/4 final mərhələsində Rusiyanın MOİK klubunun qonağı olacaq İngiltərə "Arsenal”ının iki azarkeşi Moskvada taski sürücüsünün zorakılığının qurbanı olub.

Bu barədə BBC-nin müxbiri Sara Reynsford şəxsi "Twitter” hesabında yazıb. Taksi sürücüsü Lubyankadan Pyatnitskaya küçəsinə apardığı fanatlardan 10 min rubl (222 manat) tələb edib. Lakin fanatlar 4 km məsafə üçün bu məbləği ödəməyə razı olmayıblar.

Pulu ala bilməyən sürücü ingiltərəli azarkeşləri taksidə bağlı saxlayıb və onun lisenziyasının şəklini çəkməyə imkan verməyib. Çıxılmaz vəziyyətdə qalan qonaqlar 10 min rubl ödəməli olublar.

Qeyd edək ki, bu gün MOİK-lə "Arsenal” arasında keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. İlk qarşılaşma İngiltərə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb./report

 

İcmal.Az

RƏYLƏR