“Arvadı erməni olanlar” deyəndə….” – Anardan Abutalıbova sərt cavab

OXUNUB: 1248 GÜNDƏM HADİSƏ
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26” kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İcmal.Az xəbər verir ki, A.Rzayev "Report”a açıqlamasında H.Abutalıbova dərin hörməti olduğunu və buna görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmədiyini bildirib:


"Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar ”deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar”.

Yazıçılar Birliyinin sədri hesab edir ki, "26” kafesinin adının "26 Bakı komissarı” ilə bağlı olması inandırıcı deyil:

"Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, "26” rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir”.

A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, "26” rəqəmi Azərbaycanda ləğv olunmayıb: "Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini "26 Bakı komissarı”nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.
 

İcmal.Az


RƏYLƏR