"MTN çetesi”nın qanunsuz əməlləri barədə daha bir epizod üzə
çıxıb. Bu dəfə MTN özbaşınalıqlarını ləğv edilmiş nazirliyin sabiq əməkdaşı
danışıb.
Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin
qurbanları olanlar haqda istintaq orqanına danışan Abbasov Emin Seyid Ağa oğlu
maraqlı faktlar açıqlayıb.
Musavat.com xəbər verir ki, Emin Abbasov Xəzər rayon icra başçısının birinci
müavini olmuş Ələkbər Heydərov və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş
Rauf Sultanovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alınması epizodu üzrə
ifadə verib.
İş üzrə şahid qismində dindirilən Emin Abbasov kimdir?
O, 1992-ci ildən 2010-cu ilin aprel ayınadək ləğv edilmiş MTN-nin Hərbi Əks Kəşfiyyat
Baş İdarəsində müxtəlif vəzifələrdə işləyib, polkovnik-leytenant rütbəsində
olub. Sonuncu vəzifəsi Hərbu Əks Kəşfiyyat Baş İdarəsində Daxili İşlər
Nazirliyinin Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbənin
rəisi olub. Həmin vaxt Baş idarənin rəisi 2005-ci ildən general-mayor Nizami
Şirinov olub.
Sabiq MTN zabiti E.Abbasov ifadəsində göstərib ki, 2007-ci ildə Nizami Şirinov
öz xidməti otağında Vüqar Ağayevi iş adamı kimi ona təqdim edib və həmin şəxslə
münasibət qurmağı, dostluq etməyini tapşırıb.
"Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun iş adamı və
bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla
bir yerdə iş qursunlar. Qardaşım Şüvəlan qəsəbəsində fiziki şəxs kimi xırda buynuzlu
heyvandarlıqla məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi.
Həmin torpaq sahəsini qardaşım 49 ilə Abşeron rayon İcra Hakimiyyətinin
tabeliyində olan Zirə Südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib
ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi.
Sonra Vüqar torpaq sahəsinə baxış keçirən zaman həmin yerdə hündürmərtəbəli
bina tikməyin mümkün olduğunu söylədi. İşə başlamaq üçün 200 min dollar verəcəyini
də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi”
deyə Emin Abbasov ifadəsində bildirib.
İşlərin yaxşı getdiyi vaxtda rəisi Nizami Şirinovun onu yanına çağırdığını deyən
E.Abbasov gözləmədiyi vəziyyətlə qarşılaşıb:
"İşlər başlamışdı. Təxminən 1 ay sonra Nizami Şirinov məni çağıraraq Vüqarın
verdiyi pulun onun olduğunu dedi. İşin içində özünün olacağını bildirdi. Təxminən
10-15 gündən sonra Vüqar yenidən qardaşına 100 min dollar verdi. Bundan sonra həmin
ərazidə işlər intensiv şəkildə aparıldı, torpaq planirovka oldu, torpağın
kadastr planı çıxarıldı. 2009-cu ilin aprel-may aylarında "Bakı Əyləncə Mərkəzi”ndə
Vüqarla görüşdük. Dedi ki, özünə məxsus Nobel prospektində "Ağ şəhər” adlanan ərazidə
torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir. Amma nazir Eldar
Mahmudov və Nizami Şirinov buna imkan vermir. Vüqar torpaq sahəsinin Eldar
Mahmudova veriləcəyini, lakin ona heç bir məbləğdə pul ödəmək niyyətində
olmadıqlarını bildirdi. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin
yanında 2009-cu ilin avqust ayında oldu. Vüqar dedi ki, Eldar Mahmudovun
yanından gəlir, Nizami Şirinov da orada imiş. Vüqar dedi ki, onlara külli
miqdarda borcunun olduğunu deyərək əmlaklarını özlərinə götürmək istəyirlər”.
Sabiq MTN zabiti bildirib ki, Eldar Mahmudovla Nizami Şirinov iş adamı Vüqarın əmlakını
tələb edərkən qardaşı Elxanın adına olan 5 hektar torpaq sahəsini tələb ediblər:
"Vüqar sonuncu görüşdə dedi ki, bir müddət burada olmayacaq. Qardaşımın olan
torpağı onlara verməməyimi tapşırdı. 2009-cu ilin sentyabr ayının ortalarında
Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını
dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini dedi. Nizami Şirinov
Vüqarın onunla naziri üzbəüz qoyduğunu, Vüqarın nazirə 22 milyon manat borclu olduğunu
söylədi. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, həmçinin qardaşıma
verdiyi 200 min manatı tələb etdi. Nizami Şirinov bölmə rəisi işləyən Daxili
Qoşunlara nəzarəti həyata keçirən Qüdsi Maniyevi yanına çağırdı. Maşınımın şüşəsini
sındırıb orada olan torpağa dair sənədləri götürməyini tapşırdı. Ancaq Qüdsi
Maniyev buna etiaz etdi”.
E.Abbasov Nizami Şirinovun hədələrindən sonra qardaşının torpaq sahəsini və iş
görmək üçün Vüqar Ağayevin verdiyi 200 mini ona qaytardığını bildirib:
"Vüqarın qardaşıma verdiyi 200 min dolların əvəzində 200 min manatı Nizami
Şirinovun hədə-qorxusu nəticəsində xidməti otağında ona verdim. 150 mini
qardaşımdan, qalan hissəsini isə dostum Həmid Sultanovdan almışdım. Lakin
Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə
qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs
olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun
dediyi Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına
Vüqarla şərik olduğu 5 hektar torpaq sahəsi ilə bağlı baş etibarnamə verdik.
Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min
istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə
2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim. Torpaq
sahəsi də Elman Tahirovun iştirakı ilə nazirin qohumu olan qadının adına
etibaranmə əsasında qardaşım tərəfindən verildi”.
Eldar Mahmudov işdən çıxarıdlıqdan sonra pulunun bir hissəsini geri aldığını
deyən Emin Abbasov bunları deyib: "Elman Tahirovdan aldığı 50 mini tələb etdim.
2015-ci ilin noyabr ayının ortalarında Elman Tahirovla görüşdüm və MTN-nin
Akademiyasının qarşısında 3 dəfəyə, 1-ci dəfə 10 min, 2-ci dəfə 10 min, 3-cü dəfə
isə Ayna Sultanova heykəlinin qarşısında 3 min manat qaytardı”.
İfadəsinin davamında Emin Abbasov MTN-dəki digər özbaşınalıqlar barədə də
danışıb.
Sabiq MTN zabiti bildirib ki, onda olan məlumata görə MTN-nin Anti-terror mərkəzi,
Hilal Əsədovun rəhbərliyi altında Elçin Quliyev və İlqar Əliyevin iştirakı ilə
Xəzər rayon icra başçısının müavini Ələkbər Heydərovun barəsində 2011-ci ildə
guya saxta sənədlə bağlı əməliyyat keçiriblər. Bu zaman Ə.Heydərovdan 550 min
manat alıblar. Bundan başqa həmin MTN dəstəsi Əmlak Məsələləri Dövlət Komitəsinin
Dövlət Reyestr idarəsinin Xəzər rayonu üzrə şöbəsini bağlatdıraraq heç bir bir
rəsmiləşdirilmə aparılmadan həmin şöbənin rəisi Rauf Sultanovu saxlayıb ondan
150-200 min manat civarında pul alıblar.
İlkin Muradov
Musavat.com
Ana səhifə
/
Özəl / HADİSƏ / “Arvadını, nəslini həbs etdirəcəm”- Eldar Mahmudovun 22 milyon istədiyi iş adamı kimdir?
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
12.03.2024, 12:15 / GÜNDƏM, Özəl, HADİSƏ -
DİN-dən yaşlı qadını qucağına alan yeniyetmə ilə bağlı açıqlama - VİDEO
29.01.2024, 11:50 / Özəl, HADİSƏ, SOSİAL -
Şəhidimizin atası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib
29.01.2024, 11:36 / GÜNDƏM, Özəl, HADİSƏ -
Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib
17.01.2024, 10:33 / Özəl, HADİSƏ -
Azərbaycanda it ana və qızına hücum edib - DƏHŞƏTLİ VİDEO
16.01.2024, 10:13 / GÜNDƏM, Özəl, HADİSƏ -
Mingəçevirdə üzərində “TT” markalı tapança gəzdirən şəxs saxlanılıb
08.12.2023, 11:47 / Özəl, HADİSƏ -
Agentliklə Mahmudova məxsus olduğu deyilən şirkət arasında sövdələşmə
02.12.2023, 17:40 / Özəl, HADİSƏ