Arvadını və qayınını baltalayan şəxs: "Yoldaşıma dedim gəl evə, dedi gəlmirəm, kefimdəyəm" - VİDEO

OXUNUB: 794 HADİSƏ

İcmal.Az xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük məhbus Xanlar Məmmədovun həyat hekayəsindən bəhs olunub.

Xanlar Məmmədov (ömürlük həbs): "Naxçıvanda yaşayırdım. Türkiyədə çalışırdım. Tikinti işi ilə məşğul olurdum. Musiqiyə həvəsim var idi. Bir müddət toylara getdim. Sonra arvad-uşağı orada qoyub Bakıya gəldim. 2008-ci ildə ailə qurdum. Yaxşı yaşayırdıq. Onun da iki uşağı var idi. Novxanıda iş götürmüşdüm, parket işi idi. Onun qardaşını da aparmışdım. İçən adam idi, içəndə də danışığın bilməyən adam idi. Sözümüz çəpləşdi. Ona sillə vurdum, gedib evdəkiləri üstümə qaldırdı. Telefonda söyüş işlətdi. Bunlar hamısı məni çox qıcıqlandırdı. Getdim onun qardaşıgilə ki, barışım. Gördüm ki, bacı-qardaş söhbət edirlər. Yoldaşıma zəng etdim ki, dur gəl evə, mənə dedi ki, mən gəlmirəm, kefimdəyəm. Bu, məni çox qıcıqlandırdı.

Bunların işığını söndürdüm, içəri girəndə gördüm ki, lampa işığında oturublar. İçəri girəndə qardaşı ayağa durub mənə bir sillə vurdu. Qapının ağzındakı baltanı əlimə götürdüm, vurmaq istəmirdim. Mənə sillə vuranda ani "moment" beynim çöndü, balta ilə vurdum. Bacısı qışqırıb otağa girib qapını bağladı. Hər ikisini öldürdüm. Hər üçümüzü məhv elədim. Qaçdım oradan, 3 ay axtarışda oldum. Axırda Xırdalanda məni tutdular. Qardaşımla görüşüb siqaret pulu alacaqdım. Parka girəndə saxlanıldım. Yanıma qardaşım uşaqları, qardaşlarım gəlir. Kiçik qızım gəlmək istəyir, amma qorxuram ki, görüb pis olaram. Gecə-gündüz yalvarıram ki, Allah mənim ölümümü anamın ayağının altında eləsin. Mənim kimi övlad olmasa, ondan yaxşıdır".

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Arvadını və qayınını baltalayan şəxs:

RƏYLƏR