Arvadının başqa kişi ilə görüşdüyünü öyrənincə DƏHŞƏT SAÇDI - Birini meşədə, digərini kafedə ... - FOTO

OXUNUB: 724 DÜNYA

Türkiyənin Manisa vilayətində Ramazan A. (28) adlı şəxs 2 həftədir ayrı yaşadığı, boşanmaq üzrə olduğu arvadı Deniz A.-nı (25) meşədə öldürüb

İcmal.Az haberler-ə istinadən xəbər verir ki, Ramazan A. daha sonra arvadının sevgilisi olduğu iddia edilən sürücülük müəllimi Murat Ç. (32) ilə bir kafedə görüşüb.

Kafedə birlikdə oturduğu Murat Ç-ya 7 atəş açan Ramazan A. hadisə yerindən uzaqlaşıb. Murat Ç. təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

POLİSƏ TƏSLİM OLUB, ARVADININ CƏSƏDİNİN YERİNİ SÖYLƏDİ

 

Ramazan A. qətldə istifadə etdiyi silahla birlikdə polis idarəsinə gedərək, öncə arvadını meşədə öldürdüyünü, sonra da onun sevgilisi Murat Ç.-ya atəş açdığını etiraf edib.

"SADƏCƏ NAMUS, BAŞQA BİR ŞEY YOX"

Ramazan A.-nın ifadəsi sonrası hərəkətə keçən polis əməkdaşları 25 yaşlı Deniz A.-nın cansız bədənini meşədə tapıblar. 

Ramazan A. iafdəsində "Sadəcə namus, başqa bir şey yox" deyb.

İcmal.Az

RƏYLƏR