Arvadıyla birgə ata-anasını yatan yerdə baltalayıb... - Masallıdakı dəhşətin təfərrüatı

OXUNUB: 740 HADİSƏ

Masallının Miyankü kəndində baş verən dəhşətli qətllə bağlı bəzi məqamlar məlum olub.

Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birgə ata-anasını yatan yerdə baltalayıb.

3 gün valideynlərinin cəsədini evdə saxlayan oğul dünən onları tövlədə basdırmağa qərar verib. Ən dəhşətlisi odur ki, həmin yer balaca olduğu üçün Azər ata-anasının bədənini balta ilə doğrayıb, daha sonra üstünə beton töküb.

Hadisə şahidləri bildirib ki, oğul əməllərini ört-basdır etmək üçün valideynlərinin yoxa çıxması ilə bağlı polisə məlumat verib. Polis isə Azər Ağayevdən şübhələnib və dünən axşam keçirilən əməliyyat nəticəsində Etibar Ağayev və xanımı Rəfiqə Ağayevanın meyiti həyətdəki tövlədən çıxarılaraq eksertizaya göndərilib.

Oğlu tərəfindən qəddarcasına qətlə yetirilən Etibar Ağayevin bir qızı da var. Başqa kəndə gəlin köçən qıza Azər valideynlərini Rusiyaya göndərdiyini bildirib. Hamilə olan Ağayevlərin yeganə qızı hələ də bu dəhşətdən xəbərsizdir.

Qeyd edək ki, Azərlə Asudənin 3 uşağı var. Cütlük hadisəni ailə münaqişəsi zəminində törətdiyini etiraf edib./qafqazinfo

 

İcmal.Az


RƏYLƏR