Arxeoloq: Azərbaycan dünya tarixi və mədəniyyətinin incisidir

OXUNUB: 1048 MƏDƏNİYYƏT

Biz son vaxtlar İŞİD terror təşkilatının Suriyada abidələri məhv etdiyini eşidirik. Bəs Dağlıq Qarabağda vəziyyət fərqlidir?

Erməni işğalı altında olan Azərbaycan irsi haqqında Oxu.Az-a müsahibəsində tanınmış arxeoloq, urkaynalı tarixçi, Azərbaycan və Ermənistan sülh platformasının səfiri Tatyana Krupa danışıb. 

 İşğal altındakı Qarabağda Azərbaycanın tarixi mədəniyyət abidələrinin əhəmiyyətini bizim ölkənin gələcəyi və bütün insanlıq üçün necə qiymətləndirirsiniz?

– Hər hansı ölkə ilə tanışlıq mənim üçün onun tarixi-mədəni irsi ilə tanışlıqdan başlayır. Ola bilsin ki, bu mənim mütəxəssisliyimin nəticəsidir. Nə edəsən, arxeoloq və restavrator – bu, özlüyündə hökmdür. Buna görə mən hər zaman irsə diqqət yetirirəm: onlar ölkənin həyatında necə istifadə edilir və hansı vəziyyətdədir. 

Ölkəniz qədim insan sivilizasiyasının arealında yerləşir. Əlbəttə ki, burada maraqlı abidələr daha çoxdur. 

Bu ilin aprelində mən YUNESKO-nun dəstəyi ilə beynəlxalq İşçi Qrupunun tərkibində həmkarlarımla Azərbaycanın qərbinə səfər etdim. Biz orada az qaldıq, ancaq məndə elə təəssürat yarandı ki, orada yarım il yaşamşam.

Biz orada Neolit dövründən müasir vaxtlara qədər olan abidələrə baxdıq. Onların hər biri heyran edir, yeni duyğu və məlumat verirdi. Bu abidələr tarixi-mədəni landşaftın bir hissəsidir. Bu, enerjidir!

Mən keçmişlə günümüzün böyük sinxronizasiyasını gördüm. Siz onu gözəl və rəngarəng xalça kimi muzeydə saxlayırsınız. 

Əgər desəm ki, keçmiş gələcəyi tərbiyə edir, orijinal olmayacam. Ona görə bu keçmişin xatirəsi, Azərbaycanın, onun köklərinin uğurlu gələcəyinin vədidir. Bu köklər nə qədər sağlamdırsa, onun tacı və meyvəsi də sağlam olacaq. 

Biz çoxlu bağçaları keçdik. Bu abidələr də xüsusi bağçalardır. Onları da becərmək lazımdır. 

Azərbaycanlılar unutmamalıdır ki, onların ölkəsi dünya tarixi və mədəniyyətinin incisidir. Ondan imtina etmək bütün insanlığın nailiyyətini yoxsullaşdırmaq deməkdir.

Bu gün dünyada çoxlu zorakılıqlar var. Mədəniyyət vasitəsilə bir-birini başa düşmək zorakılığın dərəcəsini aşağı salır və bizi xeyirxah edir. 

 İşğal olunmuş ərazilərdə abidələri qorumaq üçün nə etmək lazımdır? 

– Bu, çox çətin problemdir. Və bu münaqişə zonalarında bütün insanlıq qarşısında dayanır. YUNESKO-nun belə ərazilərdə dövlətlərin fəaliyyəti ilə bağlı konvensiyası var. Ancaq praktikada vəziyyət başqadır: onlar beynəlxalq monitorinq üçün əlçatmazdır. Bu, işğal altındakı Azərbaycan torpaqlarında yerləşən irslərə də aiddir. 

Biz son vaxtlar İŞİD terror təşkilatının Suriyada abidələri məhv etdiyini eşidir. Bəs Dağlıq Qarabağda vəziyyət fərqlidir?

Mənim Tovuz rayonunun Qirzan kəndində gördüyüm qəbiristanlıq bu cür cinayətlərə aid deyil. Qirzan kəndindəki qəbiristanlıqdakı məzarlar XIX-XX əsrlərə aiddir. Onların tarixi ilə bağlı işlər aparılmalıdır. 

Qəbiristanlıq açıq-aşkar biaritikdir. Daha doğrusu, orada vəfat etmiş kəndin müsəlman və xristian vətəndaşları dəfn edilib. Bu da nadir haldır. 

Məni arxeoloq kimi qəbirlərin istiqaməti heydan etdi: o, xristian və müsəlmanlarda eynidir. Burada bu kəndin ənənəsini araşdırmaq lazımdır. 

Amma bəzi məzar daşları üzərində təzə yazılar aşkar etdik. Bunlar yerli əhalinin dilində deyil, erməni dilində idi. 

Bunu niyə ediblər? Bunu da araşdırmaq lazımdır. Və ən əsası, onların tarixini araşdırmaq vacibdir. Bunu etmək vacibdir. Bu cür araşdırmalar Azərbaycan və onun ərazi bütövlüyünün bərpası üçün strateji cəhətdən lazımdır.

Nə edək? Yaxşı və vacib sualdır. Fikrimcə, Dağlıq Qarabağdakı irsin vəziyyətini araşdırmaq üçün bütün beynəlxalq təşkilatlara müraciət etmək və dünya humanitar missiyasından yardım istəmək lazımdır. Axı təkcə işğal altındakı Şuşada təxminən 200 obyekt var. 

 Siz bizim ölkədə tarixi və qədim abidələri araşdırmısınız. Azərbaycan insanları, mədəniyyəti və təbiəti haqqında öz təəssüratlarınızı bölüşərdiniz...

–  Mən hazırda sizin ölkənizin abidələri ilə sistemli şəkildə tanış olmağa başlamışam. Əlbəttə, mən bir neçə dəfə Azərbaycanda olmuşam və bu regionun tarixini bilirəm. Bakını gəzmək və regionlara səfər etmək fərqli işdir. Bakının ruhu mənə xoşdur. Onun abidə və muzeyləri çox xoşuma gəlir. 

Mən Qobustanla fərx etməyə bilmərəm. Onunla bütün dünya fəxr edir. Məgər heyrətamiz arxeoloji-etnoqrafik kompleksi ilə gözəl Qala az maraqlıdır? 

Apreldə beynəlxalq İşçi Qrupu ilə Azərbaycanın qərbinə etdiyim səfər göstərdi ki, araşdırılması vacib olan çox sayda irs var. Misal üçün, Neolit dövründən qalan Tovuz rayonunda Göytəpə arxeoloji kompleksi YUNESKO-nun dünya irsi siyahısına daxil edilməlidir. 

Tovuz və Gədəbəy rayonunda baxdığımız qəbiristanlıqlar regionda XVIII-XX əsrlərdəki etnik prosesləri öyrənmək üçün çox maraqlı və vacibdir. Qədim ticarət marşrutlarının kəsişməsində yerləşən Gədəbəy rayonundakı Koroğlu qalası çox maraqlıdır. 

Maraqlı insanlarla qarşılaşdıq. Bizə yaxınlaşırdılar, işlərimizlə maraqlanırdılar. Ən maraqlısı isə yerli sakinlərin səsləndirdikləri təkliflər idi. Bu, məni çox məmnun etdi. 

Mən ilk dəfə idi ki, həmin bölgələrdə olurdum. Buraya yenidən gələcəyəm. Bu ərazilərin çox yaxşı turizm potensialı var. Rayonlara aparan yollar da çox xoşuma gəldi. Bu yollar vasitəsilə bura çoxlu turist gəlməlidir. Gəlir də. Ancaq tarixi-mədəni irsin pasportlaşdırılması və inventarlaşdırılmasından sonra turizm sektorunun inkişafı ilə burada turistlərin sayı arta bilər.

Doğrudur, burada risklər də böyükdür. Axı insan axını - dövlət tənzimlənməsinin möhkəmliyi üçün sınaqdır. Ancqaq bütün bunlar nəzarətdə saxlanıla bilər. Turizm isə yeni iş yerləri və gəlirlər deməkdir. 

 Azərbaycandakı hansı tarixi abidəni ölkəmiz üçün daha vacib hesab edirsiniz? 

– Mən təcrübəli tarixçi və arxeoloqam. Buna görə mənim üçün bunları ayırmaq çətindir. Bu doğru da olmazdı: hər bir abidə özündə konkret hadisə və faktları, xalqın, ölkənin, respublikanın tarixini əks etdirir. 

Buna görə də mən onları ayırmayacağam. Onların hamısı vacibdir. Və hər biri xüsusi diqqət və qayğı tələb edir. 

 Bizim xalqlarımızın bir-birinə böyük mənəvi bağlılıq faktını nəzərə alsaq, Azərbaycan və Ukrayna tarixi arasında oxşar nəsə var? 

– Əlbəttə! Qədim dövlərdən başlayıb. Misal üçün, Ukrayna ərazisində erkən tunc dövrünə aid əşyalar tapılıb. Bunlar sizin ölkənizdə də ola bilər. Bizi orta əsrlər tarixi birləşdirir, misal üçün, Xəzər xaqanlığı... Rusiya imperiyası və Sovet ittifaqının ümumi irsi... Hər iki xalq qonaqpərvərdir, yaradıcıdır. Buna görə, hesab edirəm ki, bu cəmiyyət daha da inkişaf edəcək. 

İcmal.Az

RƏYLƏR