Aşağı mərtəbədən gələn səsə getdi: qışqırıb qaçdı - DƏHŞƏTLİ MƏNZƏRƏ - VİDEO

OXUNUB: 1031 DÜNYA

Argentinada stadionda gecə nəzarətçisi işləyən Raul Arquello aşağı mərtəbədən tez-tez eşidilən səsi müəyyən etmək üçün mobil telefonunun kamerasını açaraq daxil olduğu paltardəyişmə otağında ürküdücü bir mənzərəylə qarşılaşıb.
 
İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Buenos Ayresdə yerləşən "Tomas Adolfo Duco" stadionunda qeydə alınıb. 32 yaşlı gözətçi mobil telefonunun kamerası ilə görüntülədiyi mənzərə "Stadionda ruh var?" suallarını gündəmə gətirib.

Analoji olayın axşam 11 radələrində bununla 3-cü dəfə baş verdiyini söyləyən şəxs "Nə olduğunu bilmirəm, amma insanların mənə inanmaqları üçün bunu çəkəcəyəm" deyərək kamerasını işə salıb.

Otağın qapısının sərt şəkildə tez-tez açılıb, bağlandığı, ancaq qarşısında heç kimin olmadığını  görə şəxs otağı kameraya çəkərkən arxadan bir kölgə keçib.

Görüntüləri internetə yükləyən gözətçi stadionda baş verənlərə görə səlahiyyətlilərdən cavab gözləyir.

 

İcmal.Az

Aşağı mərtəbədən gələn səsə getdi: görüncə qışqırıb qaçdı

RƏYLƏR