"ASB" Bank da sıradan çıxır: MƏNFƏƏT AZALIB - HESABAT

OXUNUB: 1019 İQTİSADİYYAT BANK
"Azərbaycan Sənaye Bank"ı cari ilin ikinci rübünə olan hesabatını təqdim edib.
7News.Az "ASB" -nin açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 6 ayında cəmi aktivlərini 7 mln. 846 min manat artıraraq 924 mln. 6 min manata çatdırıb. Bankın cəmi öhdəlikləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ikinci rübündə 2 mln. 8984 min manat artaraq 821 mln. 815 min manata çatıb. "ASB"-nin cəmi kapitalı da ötən illə müqayisədə 4 mln. 952 min artaraq 102 mln. 109 min manata çatıb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"ASB"-nin müştərilərinə verdiyi kredit məbləği ötən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübündə 37 mln. 807 min manat artaraq 346 mln. 752 min manata çatıb. Bu da bankın aktivlərinin artmasına səbəb olub. Bundan başqa bankın depozit portfelində də artım müşahidə olunub. Belə ki, bankda olan depozit məbləği ötən illə müqayisədə 3 mln. 681 min manat artaraq 655 mln. 314 min manata çatıb. Bu da bankın cəmi öhdəliklərinin sayını artırıb.

FAİZ GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ

"ASB"-nin faiz gəliri ötən ilin ilk altı ayı ilə müqayisədə 3 mln. 87 min manat artaraq 16 mln. 132 min manata, faiz xərcləri isə 1 mln. 464 min manat artaraq 8 mln. 394 min manata çatıb. Bankın xalis faiz mənfəəti 1 mln. 623 min manat artaraq 7 mln. 738 min manata yüksəlib. "ASB"-nin qeyri-faiz gəliri 3 mln. 750 min manat azalaraq 2 mln. 780 min manata düşüb. Qeyri-faiz xərci 1 mln. 360 min manat artaraq 7 mln. 127 min manata çatan "ASB"-nin yekunda xalis əməliyyat mənfəəti 3 mln. 392 min manat olub. Bu da ötən ilin üyni dövrü ilə müqayisədə 3 mln. 486 min manat azdır.

Bankın xalis mənfəəti 1 mln. 783 min manat azalaraq 3 mln. 368 min manata enib.

"ASB"-nin məcmu kapitalı 2019-cu ilin 6 aylıq hesabatı ilə müqayisədə 11 mln. 720 min manat artaraq 97 mln. 210 min manata yüksəlib.


ASB

2020 (II rüb)

2019 (II rüb)

Artım - Azalma

Cəmi Aktivləri

924.006

916.160

+ 7.846

Cəmi Öhdəlik

821.815

818.921

+2.894

Cəmi Kapital

102190

97.238

+4.952

Kredit

346.752

308.945

+37.807

Depozit

655.314

651.633

+3.681

Faiz Gəliri

13.132

13.045

+3.087

Faiz Xərci

8.394

6.930

+1.464

Xalis Faiz Gəliri

7.738

6.115

+1.623

Qeyri-Faiz Gəliri

2.780

6.530

-3.750

Qeyr-Faiz Xərci

7.127

5.767

+1.360

Əməliyyat Mənfəəti

3.392

6.878

-3.486

Xalis Mənfəət

3.368

5.151

-1.783

Məcmu kapital

97.210

85.490

+11.720

 

RƏYLƏR