Asəf Namazov Nazim Süleymanovu təbrik etdi, Elxan Məmmədovu sərt tənqid etdi: "Cürəti çatır, versin məni məhkəməyə"

OXUNUB: 842 Özəl GÜNDƏM İDMAN HADİSƏ
Bugün Azərbaycan futbolunun əfsanələrindən olan Nazim Süleymanovun doğum günüdür. Bu məqsədlə "Neftçi"nin tanınmış veteranı Asəf Namazov Rekord.az saytına açıqlama verib. Süleymanovu təbrik edən Namazov eyni zamanda AFFA rəhbərliyini, icraçı vitse-prezident Elxan Məmmədovu da sırt tənqid edib. Asəf Namazovun fikirlərini sizə təqdim edirik: 

 

"Nazim böyülk futbolçu olub. Çünki böyük bir dövlətin çempionatında forma geyinib, Rusiya çempionu olub. Bir sözlə,Azərbaycanın ən güclü futbolçusu olub. Yəni belə adam bizim müstəqil futbolda olmayıb. Amma təəssüf ki, bu gün o da futboldan uzaq düşüb. Çünki Elxan Məmmədovun maraqlarına uyğun gələn adam deyil və Elxana Nazim Süleymanov kimi futbol mütəxəssisləri lazım deyil. Rövnəq Abdullayevdən Azərbaycan futboluna ziyan gəlməzdi. İlk növbədə Elxanı qovmaq lazımdır. Bir adam ki, biabırçı oynayıb seçmə mərhələdə cəmi 1 xal qazanır və sonra da çıxıb deyir ki,  məni bura qoyanlar məndən razıdır. Səndən razı olan azərbaycanlı qanından ola bilməz.  Bu adam qovulmalıdır. Eyni zamanda öz ətrafına yığdığı adamları da qovmaq lazımdır. Kazbek Tuayevi, Vaqif Sadıqovu. Kül o futbolun başına ki, onun veteranı Kazbekdi. Siz onu tanımırsınız. Onun Azərbaycana o qədər ziyanı dəyib ki. Ermənistan 13 xal qazandı, amma bizim milli 1 xal. Elə bu bəs edir ki, şəxsiyyəti olan adam öz xoşu ilə istefa verib getsin.  Amma bu adam əksinə, bunu tənqid edənləri məhkəməyə verir. Mən burdan səslənirəm, cürətin çatırsa, Aslan İsmayılov kimi, məni də ver məhkəməyə. Kişisən, ver məni məhkəməyə. Mən o vaxt sübut elədim ki, Lippert heç nə bilmir. Ona görə məni futboldan kənarlaşdırdılar. Getdim İrana Ərdəbildə 2 illik müqavilə bağladım. Müqavilənin rəsmləşməsi üçün AFFA mənə sənəd verməli idi. Çünki mənim B kateqoriyam var idi. AFFA həmin sənədi mənə vermədi. "Olveys" satanın özü kimi kadları var idi, papalarının gül balaları, bax onlar mənim sənədimi vermdilər. Buna görə də mənim İranda işləməyim alınmadı və 2 illik müqavilə də baş tutmadı. Nəticədə 60 min alacağım batdı. Amma mən o 60 mini sizi çığırda-çığırda alacam. Nazim Süleymanov gərək bağışlasın ki,onun ad gününə bu cür mövzunu qatdıq. Çox ümid edirik və inanırıq ki, AFFA rəhbərliyində, idarəçiliyində mütləq dəyişiklik olacaq. "Olveys” satandan futbol idarə edən olmaz. Eləcə də "alfons”dan. Bunları iti qovan kimi qovmaq lazımdır, bu erməni balalarını, və AFFA-ya əsl futbol adamları, futbola can yandıran insanları yığmaq lazımdır. Müharibədə o cür möhtəşəm zəfər çaldıq, o qədər şəhid verdik. Hansı klub bir şahid ailəsini himayəsinı götürüb? Hamısı öz klublarıdı, hamısı öz adamlarıdı. Hər klub iki şəhid ailəsini himayəsinə götürüb hər ay onlara kömək etsin də niyə etmir? Pulları yoxdur? Bu qədər legionerlərə milyonlar xərcləyirlər. Düz işləyirlərsə, vergi nazirliyinə müraciət etməlidirlər ki, klublarda yoxlama aparsınlar. Çünki vergidən yayınmaq üçün başqa müqavilələr var. "Qarabağ”dan başqa hamısı oğurluq edir. Futbolçuya başqa məbləğ verirlər, amma müqavilədə aşağı məbləğ yazırlar ki, vergidən yayınsınlar. Sabah da futbolçu səsini çıxardanda aşağı məbləğ olan müqaviləni qoyur qabağına ki, "yaxşı yol, buna qol çəkmisən”. Ona görə də hamısını qovmaq lazımdır. Yeni gələn adamların üzərində məsuliyyət olmalıdır. Hər iki ildən bir hesabat olmalıdır. Özünü doğurultmadın, sən də getməlisən. Bu gün futbolda Nazim Süleymanov, Novruz Əzimov, Rafuq Mirzıyev kimi adamlar işləməlidir. Eləcə də mən özüm. Çünki biz sovet futbol məktəbi keçmişik. Yaşımız 60-70 ola bilər, amma təcrübəmizlə Azərbaycan futboluna fayda verə bilərik. Hər kluba keçmiş futbol veteranlarından birini vitse-prezident təyin etmək lazımdır. Eyni zamanda başqa bir veterana da yenə məsləhətçi kimi kluba götürmək vacibdir. Futbolun inkişafı üçün iş görmək lazımdır. "Neftçi” kimi klub görün, necə idarə olunur.  Müşahidə şurası yaradıblar. Onlar nəyi müşahidə edir? Futbolu müşahidə etmirlər e, orda gedən "otkat”ı müşahidə edirlər. Ora heç olmasa iki futbol veteranı qoyun da. AFFA-ya yeni rəhbərlik gəlsə, mən öz təkliflərimi verəcəm. Veteranların təcrübəsindən mütləq istifadə olunmalıdır.  İndiki məşqçilərdən heç nə gözləməyin. Bunlar ancaq Azərbaycan çempionatını görüblər. Amma görünür bunlar Elxana sərf edir. Yalnız "Sumqayıt”ın sabiq baş məşqçisi Ayxan Abbasov özünə hörmət elədi və getdi. Çünki bunlarla işləmək istəmədi. Kim ki, yaltaqdı, bunun dedikləri ilə razılaşıb işləyir. Mən də Kazbek, Vaqif kimi olsam iş ala bilərdim. Amma 1 aydan artıq işləyə bilməzdim. Çünki xarakterim onların xarakteri kimi deyil. Nazimi bir daha təbrik edirəm, ona uzun ömür, can sağlığı arzulayıram. Azərbaycanın fəxri olub. Oynadığı amplua da futbolda ən vacib mövqe olub. Arzulayıram ki, futbolda qazandığın uğurları məşqçi kimi də təkrarlayasan. Allahın bizim futbola rəhmi gəlsin".

RƏYLƏR