ASGA aztəminatlı ailələrə ərzaq və tibbi vasitələr paylayacaq – ŞURANIN DƏSTƏYİ İLƏ

OXUNUB: 735 QHT SOSİAL

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) mətbuat xidmətindən verilən məlumata görə layihə çərçivəsində 100-ə yaxın ailəyə ərzaq və tibbi vasitələr paylanılacaq. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı "Pandemiya dönəmində aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması” layihəsi çərçivəsində yardım veriləcək ailələrin siyahısı müəyyən edilib.

ASGA sədri Səbuhi Abbasovun sözlərinə görə 6 ay ərzində təşkilat yüzlərlə ailəyə yardım edib: "Mart ayından başlayaraq ASGA olaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdik, aprel, may aylarənda isə 205 ailəyə ərzaq yardımı etdik. Bundan başqa 4 gəncin təhsil haqqısını qarşıladıq. İndi isə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Pandemiya dönəmində aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması” layihəsi çərçivəsində 97 ailəyə ərzaq və tibbi ləvazimatlar paylayacağıq. Şura katibliyinə, həssas dönəmdə göstərdikləri diqqətdən dolayı təşəkkür edirəm. Ümumiyyətlə, biz 250 ailəyə yardım etməyi nəzərdə tutmuşuq”


RƏYLƏR