ASGA könüllüləri fevral ayı ərzində NAYORA-nın təşkilatçılığı ilə reallaşan «İctimai Maarifləndirmə» layihəsində fəal iştirak ediblər - FOTOLAR

OXUNUB: 124 GÜNDƏM QHT

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) könüllüləri Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə «İctimai Maarifləndirmə» layihəsi çərçivəsində fevral ayı ərzində gənclər arasında geniş təbliğat-təşviqat prosesini reallaşdırıb.

Layihə çərçivəsində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının könüllüləri fevral ayı ərzində Mingəçevirdə pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində gəncləri maarifləndirib. Bundan başqa könüllü qruplar hazırki vəziyyətlə əlaqədar olaraq NAYORA-nın tövsiyyələrinə uyğun olaraq, fəaliyyət istiqamətində müvafiq dəyişikliklər edərək, Ermənistanın ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı da maarifləndirmə işlərini həyata keçiriblər. Fevral ayında 4 dəfə (həftədə 1dəfə) reallaşan aksiyada 100-ə yaxın Mingəçevir sakini əhatə olunub. Məlumatda qeyd olunur ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının rəhbəri və könüllüləri mart ayı ərzində də maarifləndirmə işlərini davam etdirəcək, sorğu prosesini tamamlayacaqlar.

Qeyd edək ki, İctimai Nəzarət qrupları Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılmışdır. Aksiya Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə «İctimai Maarifləndirmə» layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə ümumilikdə 30 gənclər təşkilatının cəlb olunması və hər bir təşkilat rəhbərindən əlavə 2 könülüsünün iştirakı da nəzərdə tutulub. Ümumilikdə «İctimai Maarifləndirmə» prosesi 90 əfər şəxsin iştirakı ilə 4 istiqamət üzrə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd cəmiyyət arasında İctimai Maarifləndirmənin gücləndirilməsi, gənclər təşkilatlarının bu prosesə cəlb olunması və bununla da gənclər təşkilatlarının iştirakı ilə maarifləndirilmənin aparılmasıdır.


















RƏYLƏR