ASGA sədri ARGTMŞ-ın layihəsi çərçivəsində Mingəçevirdə maarifləndirmə işlərini həyata keçirdi - FOTOLAR

OXUNUB: 780 SOSİAL

Azərbaycan Respublikasının Gənclər Fondunin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.

 

İctimai Nəzarət Qruplarında fəaliyyət göstərən gənclər təşkilatları nümayəndələri Bakı şəhəri və 15 rayonda fəaliyyət göstərərək insanlar arasında maarifləndirmə işləri aparırlar.

 

Layihə çərçivəsində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov 2 ay ərzində Mingəçevirdə pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində gəncləri maarifləndirib. Bundan başqa S.Abbasov hazırki vəziyyətlə əlaqədar olaraq NAYORA-nın tövsiyyələrinə uyğun olaraq, fəaliyyət istiqamətində müvafiq dəyişikliklər edərək, Ermənistanın ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması ilə bağlı geniş maarifləndirmə işləri aparıb: "Son 2 ay ərzində Azərbaycan Respublikasının Gənclər Fondunin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi çərçivəsində Mingəçevirdə gənclər arasında maarifləndirmə işləri apardıq. İlkin mərhələdə pandemiya ilə bağlı gəncləri maarifləndirsək də, sonradan NAYORA tövsiyyəsi əsasında vətənpərvərlik, cəbhədəki son vəziyyət, hərbi məlumatların düzgün yayılması, dezinformasiyalara qarşı effektiv mübarizə ilə bağlı da gənclərlə söhbətlər apardıq”.

 

Qeyd edək ki, İctimai Nəzarət qrupları Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılmışdır.

















RƏYLƏR