ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın"

OXUNUB: 1910 Özəl Seçilmiş Önəmli SİYASƏT

 

İCMAL.az xəbər verir ki, bu barədə ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib. Müraciəti olduğu kimi təqdim edirik:

Avropa Parlamentinin üzvlərinə

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən

MÜRACİƏT

Əziz və dəyərli həmkarlar!

 

2018-ci ilin yanvar ayında Avropa Parlamenti üzvü Lars Adaktusson Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməsi və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təmsilçiləri ilə görüşməsi açıq-aşkar Azərbaycan ərazi bütövlüyünü tanıyan Avropa Parlamentinə hörmətsizlik və laqeydlikdir. Nəinki Avropa, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və erməni separatçılarının torpaqlarımızı azad etmələri üçün müvafiq qətnamələr qəbul etmişdir.

Bundan başqa 27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian Federation for Justice and Democracy adlı erməni lobbi təşkilatlarının sponsorluğu ilə tədbir keçirməyi planlaşdırırlar. Bu fakt dünyaya sülh mesajı verən Avropa Parlamenti üçün biabırçılıqdır. Əminəm ki, bu tədbiri reallaşdıranlar Avropa Parlamentinin rəhbərliyinə başqa ad altına müraciət etmiş, separatçı rejimin rahat şəkildə təxribatçı tədbir keçirməsinə şərait yaratmaq niyyətindədirlər.

28 fevral 2018-ci il tarixində isə Avropa Parlamenti binasında The Armenian General Benevolent Union və European Friends of Armenia adlı lobbi qruplarının sponsorluğu ilə "Dağlıq Qarabağ və Avropa İttifaqı: 1988-2018” mövzusunda tədbir keçirilməsi planlaşdırılır. Tədbirin təşkiltçısı Avropa Parlamentinin üzvü Frank Engeldir. Bu addım isə birmənalı şəkildə Azərbaycan cəmiyyətində Avropa demokratik mühitinin imicinə zərbə vurmaq məqsədi daşıyır.

Bütün dünya bilir ki, 26-27 fevral 1992-ci ildə erməni terrorçuları Azərbaycanın Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırım aktını reallaşdırıblar. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Artıq dünyanın bir çox ölkələri, bir çox beynəlxalq təsisatları bu hadisəni soyqırım kimi qəbul etmiş, erməni vəhşətinin dünyada analoqu olmadığını qəbul etmişdir.

Əziz həmkarlar!

Biz bu gün stabil, demokratik cəmiyyətdə yaşamaq niyyətindəyik. Bu sabitliyin və inkişafın qarantı həm də Avropa dəyərlərindən qaynaqlanır. Bu dəyərələrin erməni xisləti altında məhv olmasına, çirklənməsinə imkan verməyin.Sciencly,

Hörmətlə,

Sabuhi Abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

 

MƏLUMAT ÜÇÜN QEYD EDƏK Kİ, MÜRACİƏT AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ AVROPA PARLAMENTİNİN BÜTÜN ÜZVLƏRİNİN E-MAİL ÜNVANLARINA GÖNDƏRİLİB.

 

 

RƏYLƏR