ASGA sədri Vyanada ATƏT-in tədbirində iştirak edəcək – GİN-nin DƏSTƏYİ İLƏ

OXUNUB: 379 Özəl QHT

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov özü məlumat verib.

S.Abbasov ATƏT-in hər bir tədbrində QHT və media nümayəndələrinin iştirakının çox vacib olduğunu dedi: "Bir həftə öncə Prezident İlham Əliyevlə Paşinyanın Vyanada görüşü baş tutdu. Şübhəsiz ki, erməni QHT və media təmsilçiləri Vyanada 8-11 aprel tarixlərində İnsan alveri ilə bağlı növbəti sessiyada təxribatyönümlü addımlar atacaqlar. Bu ehtimal olmasa belə ölkəmizin təmsilçiliyi çox vacibdir”

Məlumat üçün qeyd edək ki, 08-11 aprel 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində, ATƏT-in mənzil qərargahında "İnsan alveri ilə mübarizədə texnologiyadan istifadə etmək: məsuliyyəti aktivə çevirmək" mövzusunda 8-ci sessiyası keçiriləcək. Bu toplantıda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edəcəklər. Dünyanın ən nüfuzlu QHT və media nümayəndələrinin iştirak edəcəyi tədbirə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert olaraq Səbuhi Abbasov dəvət olunub. Səfərin maliyyə dəstəkçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir.

ShushaPost.az


RƏYLƏR