ASİMDER: Erməni işğalındakı Qarabağa gedən Türkiyə vətəndaşları məsuliyyətə cəlb edilməlidir

OXUNUB: 639 SİYASƏT

Erməni silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanın ərazisi Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilməli və məhkəmə qarşısında cavab verməlidirlər.

Bu barədə Trend-ə Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyasından (ASİMDER) daxil olan məlumatda deyiir.

Məlumatda ASİMDER rəhbəri Göksel Gülbey erməni işğalı altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunu şiddətlə qınadığının bildirib.

G.Gülbey bildirib ki, U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu uzun illərdir Türkiyədə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərib və qondarma "erməni soyqırımının” tanınması və dəstəklənməsi üçün kitablar yazıblar.

G.Gülbeyin sözlərinə görə, 15 iyul hərbi çevriliş cəhdi, Ərbildəki müstəqillik haqqında qeyri-qanuni referendumdan sonra PKK və Fətullah Gülən (FETÖ) terror təşkilatları Türkiyənin qonşu ölkələrlə arasını vurmaq üçün çalışırlar: "Adları sadalanan şəxslərin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ərəfəsində Ermənistanı və işğal altında olan Azərbaycan torpaqlarına getmələri təsadüfi deyil və Azərbaycan dövlətinin bu məsələdə həssaslığı düşünülərək atılan addımdır”.

O qeyd edib ki, səfərin məhz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ərəfəsində edilməsi bu layihənin reallaşmasına zərbə vurmaq üçün göstərilən təşəbbüsdür.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər.

Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

İcmal.Az

RƏYLƏR