Aşıq Azərin bacısıoğlu: “Elə danışa-danışa getdi”

OXUNUB: 309 MƏDƏNİYYƏT

Bu gün vəfat edən Aşıq Azər Xanlaroğlu günorta saatlarında dəfn olunacaq. Cənazə Badamdardakı evindən götürüləcək.

Mərhumun bacısıoğlu Süleyman Yenicag.az-a açıqlamasında aşığın halının qəfildən pisləşdiyini deyib:

"Azərin vəziyyəti son iki həftədə pisləşdi, sən demə, daxilində ağırlaşma prosesləri gedirmiş, viruslar oyanıbmış. Bizim xəbərimiz olmayıb. Xəstəxanaya çatdırdıq, artıq gec idi. Komaya düşmədi, elə danışa-danışa getdi”.

Qeyd edək ki, o, uzun illərdir "Hepatit B” virusunun daşıyıcısı idi.

Allah rəhmət eləsin!

İcmal.Az

RƏYLƏR