Asiyada gərginlik — Çin və ABŞ hərbi gəmiləri üz-üzə gəldi

OXUNUB: 738 DÜNYA
ABŞ donanmasına məxsus bir hərbi gəmi Cənubi Çin dənizində Çinə məxsus bir bölgəyə girib.


Bu hadisə bölgədə gərginliyin artmasına səbəb olub.

"USS Dewey" gəmisi Çinin yaratdığı süni adalardan birinin 12 dəniz mili yaxınlığından keçib. Bu hərəkət ABŞ-ın Çinə meydan oxuması kimi şərh edilib.
Çinin müdafiə nazirliyi açıqlama verərək bildirib ki, ABŞ gəmisi Çin sularına daxil olub və iki Çin gəmisi tərəfindən xəbərdarlıq edilərək bölgədən kənara çıxarılıb.

Pentaqon isə məsələ ilə bağlı açıqlama verməyib. əvəzində "Asiya-Sakit okean bölgəsində gündəlik əməliyyatlar keçiririk. Cənubi Çin dənizi də bu sıraya daxildir"-deyib./olke.az
 
İcmal.Az

RƏYLƏR