ASRP-nin namizədi bəyanatla çıxış etdi…

OXUNUB: 1591 SOSİAL

AZƏRBAYCAN SOSİAL RİFAH PARTİYASININ

80-saylı İmişli-Beyləqan  Seçki Dairəsi üzrə namizədi

Kazımova Əsli Xanhüseyn qızının

9 fevral 2020 ci il Parlament Seçkilərinin

Təbliğat və Təşviqat kampaniyası  üzrə yekun bəyanatı

Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyi irəli sürülən  Kazımova Əsli Xanhüseyn qızı 9 Fevral 2020 ci il Parlament Seçkilərinin təbliğat kampaniyası  üzrə yekun bəyanatı  ilə çıxış edib.

Bəyanatda deyilir: "Mən, Kazımova Əsli Xanhüseyn qızı deputatlığa namizəd olaraq, ölkədə azad, demokratik və şəffaf seçki tərəfdarı olan Azərbaycan Sosial Rifah Partiyasını təmsil edərək, 80 saylı İmişli-Beyləqan seçki dairəsinin əhatə etdiyi kəndlərdə təbliğat və təşviqat kampaniyasını uğurla başa vurdum. 

Ümumilikdə İmişli üzrə 24 kənd, Beyləqan üzrə 16 kəndi əhatə edən seçki dairəsinin hər bir kəndini qarış-qarış gəzərək,  seçicilərimlə görüşüb, onların problemləri ilə yaxından maraqlanmaq imkanı əldə etməyə müvəffəq oldum. Təbliğat və təşviqat kampaniyası çərçivəsində çoxsaylı seçicilərim arasında şəhid ailələrini, veteranları, yaşlı və baxıma möhtac insanları, çox uşaqlı ailələri bir-bir ziyarət etdim. Onların qayğıları ilə tanış oldum.

Cənab Prezident İlham Əliyevin "şəffaf  və demokratik seçkilərin keçirilməsi”nə dair tövsiyyələrinə, eyni zamanda Seçki Qanunvericiliyinin bütün maddələrinə uyğun, demokratik prinsipləri pozmadan  təbliğat və təşviqat kampaniyası çərçivəsində 80 saylı İmişli-Beyləqan seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan insanların mövcud problemlərini  qeyd edərək,  bu problemlərin həlli ilə bağlı  seçki platformasına əlavələr etdim.  Seçki kampaniyası çərçivəsində 80 saylı İmişli-Beyləqan seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan sakinlərin içməli su, əkin sahələrinin suvarılması, bir çox kəndlərdə hələ də yol probleminin olması, bəzi kəndlərdə təbii qazın olmaması, bir sıra kəndlərdə  təcili təmir olunması gərəkən məktəblərin olması, uşaq bağçalarının, tibb məntəqələrinin, əksər kəndlərdə apteklərin belə olmaması kimi çox sayda həll olunması gərəkən məsələlər tərəfimdən qeydə alındı.

Bununla yanaşı seçicilərin bir sıra sosial problemləri, işsizlik, kəndlərdə gənclərin  asudə zamanlarını səmərəli keçirə bilmələri üçün imkanların yaradılması, mərasim evlərinin tikilməsinin gərəkdiyini vurğulmaqla, çoxuşaqlı anaların uşaq pulu, şəhid ailələrinin müavinətlərinin yüksəldilməsi, müəllimlərin maaş və təüdləri ilə bağlı seçicilərimin təkliflərini dinlədim, bu yöndə seçicilərimlə bərabər fikir mübadiləsi aparmağa müvəffəq oldum. Hazırda  təbliğat və təşviqat kampaniyasının başa çatmaq üzrə olmsına  baxmayaraq, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan seçki dairəsinin namizədi olaraq, seçicilərimi fərdi olaraq qəbul edir, onların problem və qayğılarını  dinləmələyə davam edirəm.

Cənab Prezidentin şəffaf seçkilərin keçirilməsinə dair güvən dolu sözlərinə etimad edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik seçki prinsiplərinə  dayanaraq, xalqımın  və seçicilərimin obyektivliyinə, mətbuat işçilərinin qələminə inanaraq, ədalətin zəfər çalacağı ümidi ilə "layiq olan qazansın!” deyirəm.
İnanıram ki, bu Parlament seçkiləri Cənubi Qafqazda demokratik əsaslara dayanan seçki kimi yadda qalacaq!”


Qeyd edək ki, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dos. Kazımova Əsli Xanhüseyn qızı Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavinidir.
http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1-213x300.jpeg 213w, http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1-299x420.jpeg 299w" sizes="(max-width: 364px) 100vw, 364px" data-src="http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1.jpeg" class="wp-image-49583 lazyloaded" src="http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1.jpeg" srcset="http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1.jpeg 364w, http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1-213x300.jpeg 213w, http://voicepress.az/wp-content/uploads/2020/02/mv2-1-299x420.jpeg 299w" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; max-width: 100%; height: auto; opacity: 1; transition: opacity 400ms ease 0ms; margin-bottom: 0px; display: block;" />

RƏYLƏR