Assanjın həbsi ilə bağlı order ləğv edildi - Təcavüzdə ittiham olunurdu

OXUNUB: 835 DÜNYA

İsveç prokurorluğu Wikileaks-in qurucusu Culian Assanjın həbs olunması ilə bağlı orderin ləğvi ilə bağlı qərar qəbul edib.

Prokurorluq bəyan edib ki, Assanjın təcavüzdə ittiham edildiyi işlə bağlı istintaq dayandırılıb. 

Prokuror Mariann Nyu bildirib ki, istintaqın davam etdirilməsi üçün hazırda bütün imkanlar tükənib və Assanjın həbsi ilə bağlı qərarı qüvvədə saxlamağın mənası yoxdur. 

Assanj isə tvitterində xoşbəxt görünən bir fotosunu paylaşıb. Lakin İsveç prokurorluğunun qərarına şərh verməyib. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR