Ağstafa rayon polis şöbəsində nələr baş verir? - Polis rəisi rüşvət alır?

OXUNUB: 2013 SOSİAL
İcmal.az qedim.az-a istinadən xəbər verir ki, Dəfələrlə polisin kimliyi barədə fikir mübadiləsi aparmışıq. Kimi polisi asayiş keşikçisi, kimi oğru, kimi də... Nə isə, vəziyyət elə bir həddə çatıb ki, artiq çox adam polisə etibar etmir...

   Elə biz özümüz də artıq polisə inanmırıq. Çünki dəfələrlə o, bizə nömrə gəldi, bizi qanun kölgəsi altında min çətinliyə düçar  etdi...
 Əcəba, polisi buna nə vadar edir? İşi-peşəsi ictimai təhlükəsizlik və asayişi təmin etmək olan polisin adının oğrularlarla, narkomanlarla, küçə fahişələri ilə bir yerdə çəkilməsi bizə də ağır gəlir.
Ağstafada da polis öz işinin öhdəsindən layiqincə gəlmir. Neçə illərdir bu rayonda xırda və kütləvi oğurluqla, digər cinayət hallari cəmiyyətin tarazlığını pozur, kütlə bərk narahatdır, ancaq polisin tükü belə tərpənmir. Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elsəvər Aslanov da qanun tələblərinə tabe olmadqansa, öz marağını güdür. Məsələn, qulağımıza çatır ki, o, rayondaki oğurluqları ört-basdir etmək üçün polislərdən pul yığır, zərərşəkmişə verir. İclaslarda da deyir ki, gəlin pul yığaq verək yuxarı kollegiyada mırtdamaşınlar. Biz, əslində, bu eyhamla çox mətləblərdən halı oluruq...
   Ağıstafa polisləri deyirlər ki, Elsəvər Aslanov çox can atır ki, bizi işdən çıxarsın, yerimizə də 14 - 15 min manata yenilərini götürsün. Belə hal baş verdikdə də pulu müavini polis mayoru Namiq Bayramovun əli ilə alır.
   Hətta ərz olunur ki, Elsəvər Aslanov bilərəkdən, qəsdən işçilərini nalayiq söyüşlərə qərq edir, bu halla onları bezdirir ki, özləri bezib işdən getsinlər. Elə bu  "bacarığı" sayəsində Elsəvər Aslanov  Bəbişov Natiq Sayad oğlunu işdən çıxarıb, onun yerinə rayonun Muğanlı kənd sakini Məmli Bayramovu təyin edib. Buna görə o, Məmli Bayramovdan 14 min manat pul alıb.
   Polis şöbəsinin dəftərxanasından da qulağımıza xoş olmayan sözlər çatır. Belə ki, deyilənlərə görə, dəftərxanaya qızları işə götürür, orada onlarla min hoqqadan çıxırlar. Yəni, dövlətin inzibati deyil, hüquqi əsaslari olan bir idarəsində  mentalitetimizə əks olan hərəkətlərə əl atır və bu birbaşa qanunun gözləri qarşısında baş verir.
   Bütün bunlar Ağstafa polisinin şərəfinə ləkədir və qarşıdaki illərdə də bu ləkənin silinməsi qeyri-labüddür. Çünki artıq yol belə tutulub, qayda belə qoyulub. Oğru oğurlayacaq, sərbəst qalacaq, cinayətkar cinayət törədəcək, cəza almayacaq, olan da yazığa - yuzuğa olacaq. İndi gəl Ağstafa rayon Polis Şöbəsinin rəisi Elsəvər Aslanova və onun bundan sonraki əməli işinə inan, görum necə inanırsan.
   Nə isə, qanun hami üçün eyni hüquqdadır deyənlər əməlli - başlı yanılırlarmış. Qanunun kölgəsi yalnız kasıbın - kusubun üzərinə düşür.
   Görün, polis nə boyda  "özəl qaydalar" tətbiq edir.. Ağstafada hələ də bilmirik ki, polis kimdir. Oğru yoxasa hüquq müdafiəçisi?

RƏYLƏR