Ağstafa sakini inəyin ipini kəsən zaman bıçaq xəsarəti alıb

OXUNUB: 505 HADİSƏ

Ağstafa rayonunda yerli sakin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Rayonun Ağgöl qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mustafayev Nizami Osman oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı əməliyyat olunub.

Yaxınlarının sözlərinə görə, hadisə o, inəyi bağladığı kəndiri kəsən zaman baş verib. Belə ki, bıçaq ehtiyatsızlıqdan onun qarnına batıb.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR