Astarada velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB - FOTO

OXUNUB: 1414 GÜRCÜSTAN HADİSƏ İQTİSADİYYAT Özəl
Nahid

Bakı. 26 aprel. / Astarada 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Azadlıq küçəsində qeydə alınıb. 

Belə ki, küçədə hərəkətdə olan iki "VAZ-2107" avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri yoldan çıxaraq yaxınlıqdakı velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü, 1978-ci il təvəllüdlü İsmayılov Nahid Şaban oğlu dünyasını dəyişib. 

***21:43

Astarada 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Astara şəhərində baş verib.

Belə ki, rayon sakini, 35 yaşlı İsmayılov Nahid Şaban oğlu velosipedlə hərəkətdə olarkən naməlum avtomobil tərəfindən vurulub.

O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. N. İsmayılovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hazırda onu vurmuş sürücünün kimliyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.  

float: left; width: 100%;">

RƏYLƏR