Ağsu dolaylarında yol çökdü

OXUNUB: 489 SOSİAL

Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.

Hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib.

Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.

Xatırladaq ki, Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib./trend

İcmal.Az

RƏYLƏR