At yarışı zamanı qəza - Ölən var - VİDEO

OXUNUB: 874 İDMAN

Türkiyənin İstanbul şəhərindəki Veliefendi Hipodromunda ölümlə nəticələnən qəza baş verib.

İcmal.Az report-a istinadən xəbər verir ki, səhər idmanı zamanı sürətlə irəliləyən çapar Mehmet Öksüzə aid 3 yaşlı "Haliç Boğası" adla ingilis atı qarşısına çıxan Şahin Uluça məxsus 3 yaşlı "Babaarif" adlı ərəb atı ilə toqquşub.

Nəticədə ingilis atı aldığı zərbədən yerdə qalıb. Cıdır meydanındakı baytar və mehtərin müdaxiləsinə baxmayaraq "Haliç Boğası"nın həyatını xilas etmək mümkün olmayıb.

Çaparlar isə qəzadan yüngül sıyrıntılarla qurtulublar.

 

İcmal.Az

İstanbulda at yarışı zamanı ölümlə nəticələnən qəza baş verib

RƏYLƏR