Ata 12 yaşlı qızına intim fotolar atan 73 yaşlı kişini beysbol çubuğu ilə... - FOTOLAR

OXUNUB: 771 DÜNYA
Türkiyədə 12 yaşlı qıza təcavüz etmək istəyən kişi küçədə bezbol çubuğu ilə döyülüb. 

İcmal.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, İstanbulun Gaziosmanpaşa bölgəsində yaşayan kişi cinsi istəkləri üçün qarşısına çıxan nömrəyə əxlaqsız şəkillər ataraq iyrənc təkliflər edib. Həmin nömrənin sahibi azyaşlı qız olub. Əxlaqsız təklifdən qorxuya düşən qız məsələni atasına danışıb.

Ata qızının adı ilə həmin kişi ilə görüş təyin edib. Görüş təyin edilən yerə gedən kişi bezbol çubuğu ilə qızın anası və atası tərəfindən ölümünə döyülüb. Hadisə yerinə gələn polislər 73 yaşlı kişini ailənin əlindən çətinliklə alıb, həbs ediblər. 


 

İcmal.Az

RƏYLƏR