Ata ögey qızını 20 il evində əsir kimi saxladı - FOTO

OXUNUB: 754 DÜNYA
Meksikada kişi ögey qızını 20 ilə yaxın əsir kimi saxlayıb və ona 12 yaşından bəri təcavüz edib.
 
İcmal.Az milli.az istinadla bildirir ki, Rosalynn Michelle McGinnis adlı illərlə təcavüzə məruz qalan qadın Henri Michele Piette-in evindən qaçaraq polisə şikayət edib. Şikayətdən sonra 62 yaşlı kişi təcavüzə görə həbs olunub.

Hazırda 33 yaşı olan McGinnis People-a müsahibə verib. O bildirib ki, ögey atası tərəfindən əsir saxlanıldığı müddətdə döyülüb, bıçaqlanıb və təcavüzə məruz qalıb.

Məhkəmədən bildirilib ki, kişi 1997-ci ildə onu Oklahomadakı məktəbdən qaçırıb.

Qadının dediyinə görə, əvvəllər anasının evində onunla birlikdə yaşayan kişi ilk dəfə 12 yaşında olarkən ona təcavüz edib. Sonra isə o, yük avtomobilinin arxasında təşkil olunan kiçik mərasimlə təcavüzkarına ərə verilib.

Hazırda Amerikaya qayıdan McGinnis ifadəsində deyib:

"Bir az da orada əsir kimi qalsaydım, ağlımı itirəcəkdim. Dəfələrlə intihara cəhd etdim, lakin düşündüm ki, özümü öldürsəm, ondan olan uşaqlarım vəhşi ilə tək qalacaq".
Ata ögey qızını 20 il evində əsir kimi saxladı - FOTO
 
İcmal.Az

RƏYLƏR